Səfirlik "Ölülər Günü" ərəfəsində sərgi keçirir
"Ölülər Günü" ərəfəsində Meksikanın ölkəmizdəki səfirliyi sərgi keçirir.
Reportyor.az xəbər verir ki, Frida Kahlo və Dieqo Rivera-ya həsr edilmiş altarı ziyarət etmək və Meksikalı sənətkar Pedro Sezar Peraltanın əsrarəgiz əl işi ilə tanış olmaq istəyənlər sərgiyə baş çəkə bilərlər.
Maraqlananlar 7 noyabr tarixinədək Demirçi Plazaya (ünvan:Xocalı prospekti 37) yaxınlaşa bilər.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 11:55