Azərbaycanın Mərakeşdəki səfirliyində Zəfər Günü qeyd olunub
Azərbaycanın Mərakeşdəki səfirliyi Zəfər Gününü təntənəli şəkildə qeyd olunub.
Reportyor.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Tədbirdə müxtəlif ölkələrin nümayəndələri, səfirlər, Azərbaycan icmasının üzvləri və mərakeşli qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan şəhidlərinə ehtiramla başlayıb. Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov açılış nitqində Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb, torpaqlarının işğaldan azad olunmasında xalqın birlik və dözüm nümayiş etdirdiyini qeyd edib. Diplomat İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi əvəzsiz liderlik xüsusiyyətlərini vurğulayıb.
Tədbirdə vətənpərvərlik ruhundakı musiqilər səsləndirilib, Zəfər Günü ilə əlaqədar fotosərgi keçirilib, Azərbaycanın mədəniyyəti, təbiəti və turizm potensialını əks etdirən videoçarxlar nümayiş olunub.
KARUSEL / SİYASƏT
Tarix: 6-11-2024, 09:56