İlham Əliyev Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşüb

Görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olundu.
Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edilib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: 6-11-2024, 10:20