mobil versiya

Ərdoğan Prezident İlham Əliyevə zəng edib



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb.


KARUSEL / SİYASƏT
Tarix: 9-04-2024, 15:48