Bu yolda olan svetoforların iş rejimi dəyişdirilib
Svetoforların iş rejimi dəyişdirildi, yaranan qəza şəraiti, nəqliyyat ləngiməsi aradan qaldırıldı və yolda intensivlik artdı.
Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti ilə Azər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlillər aparılıb və nəticədə yolda olan svetoforların iş rejimi dəyişdirilib.
Belə ki, əvvəllər Qara Qarayev prospektindən qeyd olunan kəsişmələrə daxil olan sürücülər burada daha çox gözləməli olurdular və nəticədə prospektdə intensivlik azalırdı. Yaranan problemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola Azər Manafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyat vasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücüləri narahat edən problem həll edilib.
KARUSEL / CƏMİYYƏT

Tarix: 6-11-2024, 10:39