mobil versiya

NİİM sürücülərə müraciət edib




Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində (“Nizami” m/t-nın yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb. 

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. 
Qeyd olunan kəsişmədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən, əvvəlcə yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb. Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə svetofor idarəetmə kontrolleri, əlavə olaraq svetoforlar və piyada svetofor bölmələri quraşdırılıb. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-09-2024, 09:51