“Bizi birləşdirən su” adlı fotosərginin açılışı keçirilib

Noyabrın 6-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə beşinci “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizi birləşdirən su” fotosərgisi təşkil edib.
Reportyor.az xəbər verir ki, sərginin mövzusu Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı üçün irəli sürülən təşəbbüslərdən birinə aiddir.
Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirlikləri təbiət gözəlliyi olan çay və şəlalələrin füsunkar şəkillərini, eləcə də Avropa şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim ediblər.

“Bizi birləşdirən su” fotosərgisi noyabrın 7-dən 10-dək Nizami küçəsi, 154B (Landmark Biznes Mərkəzinin yaxınlığında) ünvanında yerləşən “Fabrica” Qalereyasında ictimaiyyət üçün açıq olacaq. Sərgiyə giriş pulsuzdur.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-11-2024, 17:41