Tayvan deyir ki, Livanda partlayan peycerlər Tayvanda istehsal olunmayıb
Tayvan Ədliyyə Nazirliyinin istintaq bürosu bazar ertəsi bildirib ki, sentyabr ayında Livanda İranın dəstəklədiyi Hizbullaha ölümcül zərbə vuran peycerlərdə Tayvan istehsalçılarının əli olduğuna dair heç bir sübut yoxdur.
Reportyor.az xəbər verir ki, büro bu barədə xəbər yayıb.
"Tayvanlı Gold Apollo şirkəti son illərdə AR-924 peycer modelini istehsal etməyib, lakin onlar Tayvandan kənarda Frontier Group Entity adlı şirkət tərəfindən istehsal edilib".
KARUSEL / DÜNYA
Tarix: 11-11-2024, 14:24