mobil versiya

Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb - Nazir



Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər: "Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik. Ermənistan COP-un Azərbaycanda keçirilməsi ilə bağlı öz vetosunu geri götürüb".

Nazir daha sonra deyib ki, ilin sonuna kimi sülh sazişinin imzalanması Ermənistandan asılıdır.  Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb. Hələ razılaşdırılmalı olan məqamlar var. Prosesin təşəbbüskarı Azərbaycandır.

KARUSEL / SİYASƏT
Tarix: 12-11-2024, 14:07