Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən bir neçə sənəd imzalanıb

Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-11-2024, 13:43