İlin ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb
“Globe Soccer Awards” xəbər verir ki, fərdi mükafat uğrunda aşağıdakı mütəxəssislər mübarizə aparacaqlar:
Xabi Alonso (“Bayer”, Leverkuzen), Karlo Ançelotti (“Real”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Luis de la Fuente (İspaniya millisi), Canpyero Qasperini (“Atalanta”), Pep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”) və Lionel Skaloni (Argentina millisi).
Mükafatın rəsmi saytında ən yaxşı məşqçi üçün səsvermə başlayıb. Tədbir dekabrın 27-də, Dubayda (BƏƏ) keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: Dünən, 15:18