mobil versiya

COP29-da "Dostlar Qrupu" təşəbbüsünə başlanılıb



Bakıda COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşünün yekunlarına əsasən "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib.

Bunu mədəniyyət naziri Adil Kərimli görüşün yekunlarını şərh edərkən bildirib.
"Bu gün Bakıda "Dostlar Qrupu" təşəbbüsünün təsis olunması ilə bağlı şərtlər paketi qəbul edilib. Belə bir qrupun formalaşdırılması ideyası ilk dəfə ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən COP28-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 1-ci yüksək səviyyəli görüşü çərçivəsində səsləndirilib", - o bildirib.
A.Kərimli qeyd edib ki, qrupun həmsədrləri Azərbaycan, BƏƏ və Braziliyadır.(report)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 16:46