Səfir: "Elm və Texnologiya müasir iqtisadi inkişafın hərəkətverici qüvvəsidir"

Reportyor.az xəbər verir ki, tədbirdə səfir Mohammed Al Bluşi çıxış edərək, vurğuladı ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında güclü ikitərəfli iqtisadi əlaqələr mövcuddur: “İnanıram ki, bu tədbir BƏƏ ilə Azərbaycan arasında daha bir məhsuldar əməkdaşlığa zəmin yaradacaq və bu, xalqlarımızı daha yaxşı gələcəyə aparacaq”.

Birləşmiş Ərəb Əmirliklərinin Elm, Texnologiya və İnnovasiya Siyasəti barədə ətraflı məlumat verən səfir onu da nəzərə çatdırdı ki, gözlənilən nəticələrdən biri də BƏƏ-də prioritet sahələr üzrə tədqiqat və inkişafı maliyyələşdirməyə özəl sektorun həvəsləndirilməsidir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-11-2024, 15:39