mobil versiya

“Təhsil hər zaman BƏƏ-in ən yüksək prioritetlərindən biri olub" - BƏƏ səfiri



Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına Ərəb dili Auditoriyasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi və Universitet arasında əməkdaşlıq çərçivəsində  Universitet müəllimlərinin və tələbələrin iştirakı ilə “BƏƏ-də Təhsil” mövzusunda tədbir keçirilib.

Reportyor.az
saytına bu barədə BƏƏ-nin ölkəmizdəki səfirliyindən məlumat verilib. 

İştirakçıları salamlayaraq, BƏƏ səfiri Mohammed Al Blooshi tələbələrin bilikdən faydalandığı və məhsuldar şəbəkələşmə yaratdığı Şeyx Zayed Mərkəzinin təsis edilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra səfir təhsilin mühümlüyü barədə mühazirə oxudu və BƏƏ-in təhsil strategiyası haqqında ətraflı məlumat verib.  



“Təhsil hər zaman BƏƏ-in ən yüksək prioritetlərindən biri olub,” deyən diplomat qeyd edib ki, anlayışı artırmaq, fürsətlər yaratmaq və cəmiyyəti irəli aparmaq üçün  BƏƏ təhsilin gücünə inanır.

Səfir Mohammed Al Blooshi iştirakçılarla BƏƏ-dəki universitetlər haqqında məlumatı paylaşıb, 1976-cı ildə təsis edilmiş ilk Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU), həmçinin BƏƏ-in  təhsil sahəsindəki nailiyyətlərindən bəhs edib.

Tədbir tələbələrin ərəb dilində performansları, səfir ilə sual-cavab sessiyası və UAEU-ya həsr edilmiş film ilə davam edib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 16-10-2024, 12:22