mobil versiya

"Maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var" - AMB



Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxil olan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var.


Reportyor.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar Bankın rəsmi internet səhifəsində (www.cbar.az ) Bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda Mərkəzi Bankın rəsmi internet səhifəsindən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Mərkəzi Bankın Qaynar xəttinə (966) müraciət oluna bilər.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-11-2024, 11:09