mobil versiya

"Bu, Tanrının bəxş etdiyi hədiyyədir" - OPEC Baş katibi



Azərbaycan Prezidenti İlham Əliyevin təbii sərvətlərlə bağlı dediyi kimi, "bu, Tanrının bəxş etdiyi hədiyyədir".


Bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.
"Neft və qaz dünyada həm istehsalçılar, həm də istehlakçılar üçün əsas resurs olaraq qalır. Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılışında vurğuladığı kimi, bu, Tanrının bəxş etdiyi hədiyyədir", – deyə əl-Qays qeyd edib.
Onun sözlərinə görə, neft məhsulları gündəlik həyatımızda vacib rol oynamaqda davam edir – evlərin qızdırılmasından və soyudulmasından tutmuş tikinti və nəqliyyata qədər.
"Bununla belə, bir çoxlarının adi hal kimi qəbul etdiyi bu nemətlərə çıxış hələ də məhduddur. Dünyada 685 milyon insan hələ də elektrik enerjisi olmadan yaşayır, 2,1 milyard insan isə yemək bişirmək üçün təhlükəli və səmərəsiz yanacaq növlərindən istifadə etmək məcburiyyətində qalır", – deyə OPEC rəhbəri vurğulayıb.
O, həmçinin dünya ictimaiyyətinin qarşısında duran əsas çağırışlara toxunub.
"Bizim vəzifəmiz enerji əlçatanlığını təmin etmək, artan tələbatı ödəmək, enerji təhlükəsizliyini gücləndirməkdir. Bunu edərkən həm də qiymətləri əlçatan saxlamaq və emissiyaları azaltmaq əsas hədəfimizdir", – deyə Haysam Əl-Qays bildirib.(trend)



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:02