Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa edilir
Noyabrın 25-dən "Azərbaycan Dəmir Yolları" QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.
Reportyor.az xəbər verir ki, bu barədə qurum xəbər yayıb.
Bildirilir ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.
Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:
Bakıdan saat 08:10, 17:50 və 19:05,
Sumqayıtdan saat 07:20,
Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.
KARUSEL / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: Bu gün, 16:12