Livan parlamentinin spikeri müharibədən didərgin düşmüş insanları evlərinə qayıtmağa çağırıb
Livan parlamentinin spikeri Nabih Berri İsrailin Hizbullahla müharibəsi nəticəsində didərgin düşmüş insanları atəşkəs əldə olunduğu üçün evlərinə qayıtmağa çağırıb və eyni zamanda tezliklə yeni prezidentin seçilməsinə çağırıb.
Reportyor.az yerli mediaya istinadla xəbər verir.
Livan və İsrail hərbçilərinin əksinə xəbərdarlıqlara baxmayaraq, “Sizi evlərinizə qayıtmağa çağırıram... torpaqlarınıza qayıdın” deyib. O, həmçinin Livanı iki ildən artıqdır ki, siyasi çəkişmələr dövlət başçısısız qoyduğu üçün ölkəni tez bir zamanda prezident seçməyə çağırıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:22