mobil versiya

MSK-da ekspert qrupu yaradılıb





Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib.


Reportyor.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın noyabrın 27-də keçirilən iclasında məlumat verib.
O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb.
Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:32