mobil versiya

QHT-lərin qrant və ianələrlə bağlı illik maliyyə hesabatını təqdim etməməsinə görə cərimələr artırılır



Qeyri-hökumət təşkilatları, eləcə də nümayəndələrinin qrant və ianələrlə bağlı illik maliyyə hesabatını təqdim etməməsinə görə cərimələr artırılır.


Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:49