Şahmat üzrə dünya çempionu hindistanlı qrossmeyster oldu
Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.
O, Sinqapurda təşkil olunan turnirin sonuncu - 14-cü oyununda rəqibini məğlub edib.
Yekunda Qukeş 7,5:6,5 hesablı qələbəyə sevinib.
Beləliklə, şahmatçı 18-ci dünya çempionu olub.(report)
KARUSEL / İDMAN
Tarix: 12-12-2024, 18:02