XİN rəhbəri Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallager geniş tərkibdə görüş keçiriblər.
Reportyor.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.
Bildirilir ki, tərəflər görüş zamanı əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xarici İşlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar
KARUSEL / SİYASƏT
Tarix: 16-12-2024, 13:41