mobil versiya

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşüb




Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ilə görüşüb.


Reportyor.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesabında məlumat yayıb.

Xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivlərini müzakirə ediblər.
Nazir Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.

KARUSEL / SİYASƏT
Tarix: 2-12-2024, 12:39