Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında yazılıb.
"Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq və Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən, çağırışlar və gələcək perspektivlər ətrafında müzakirələr aparıblar", - məlumatda deyilir.
Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
KARUSEL / SİYASƏT
Tarix: 12-09-2023, 11:59