Azərbaycan futzal millisi seçmə mərhələdə ilk oyununu keçirəcək
Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.
Reportyor.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda doğma meydanda İsveç seçməsini qəbul edəcək. Bakı İdman Sarayında reallaşacaq görüş saat 20:00-da başlayacaq.
Qarşılaşmanı qazaxıstanlı hakimlər - Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə edəcəklər.
Qeyd edək ki, İsveç millisi ilk matçında evdə Yunanıstana 1:4 hesabı ilə məğlub olub.
KARUSEL / İDMAN
Tarix: Dünən, 09:51