Kimyəvi silahdan istifadədə suçlanan general partlayışda həlak olub
Moskvada Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi və onun köməkçisi partlayış nəticəsində ölüblər.
Reportyor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi (RFİK) məlumat yayıb.
RFİK bildirib ki, dekabrın 17-də bir yaşayış binası qarşısındakı skuterdə quraşdırılan bombanın partlaması nəticəsində general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar.
Ukrayna prokurorluğu bir gün əvvəl Kirillovu Ukrayna ordusuna qarşı kimyəvi silahdan istifadədə suçlayıb. Rusiya ordusunun indiyədək bu silahı Kirillovun nəzarətiylə 5 min dəfəyədək tətbiq etdiyi bildirilir.
Bu ilin oktyabrında Ukrayna müharibəsində xlorpikrin maddəsindən yararlandığı üçün Böyük Britaniya, Kanada və Yeni Zelandiya Kirillov və onun başçılıq etdiyi qoşunlara sanksiyalar qoyub.
Kreml səslənən ittihamları əsassız adlandırıb.
Kirillov "Tosoçka" TOS- 2 ağır alov qurğusu sisteminin yaradılıb orduya verilməsində iştirak edib, eləcə də COVID-19 pandemiyasıyla mübarizəyə qatılıb.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:14