“Narqız” animasiya filminin premyerası yaxın vaxtlarda baş tutacaq
Azərbaycanın tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız” qısametrajlı animasiya filminin istehsalı tamamlanıb.
Reportyor.az xəbər verir ki, “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə “Peri Film” MMC (ANİMAFİLM Studio) tərəfindən istehsal olunub. Filmin premyerası yaxın vaxtlarda baş tutacaq.
“Narqız” qısametrajlı animasiya filmi, ilk növbədə, uşaqlar üçün nəzərdə tutulub. Filmin əsas məqsədi uşaqların diqqətini mina təhlükəsinə cəlb etmək, eləcə də işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Maarifləndirici film insanlar üçün dinc dövrdə ən böyük təhlükə olan minalardan qorunmaq və ehtiyatlı davranmaq qaydaları ilə bağlı təcrübələri paylaşmağın vacibliyini vurğulayır. Bütün bunlar audiovizual vasitələr, milli mədəni irsimizin inciləri, təsviri tamaşaçıya daha aydın çatdıran musiqi və qrafika vasitəsilə təqdim olunaraq XXI əsrin müasir və gerçək vaqeəsini nəql edir.
Filmin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudovdur.
Xatırladaq ki, “Narqız” qısametrajlı animasiya filmi Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ilin iyulun 18-də elan edilən film layihələri müsabiqəsinin qalibi olub və istehsalına dəstək göstərilməsi təsdiq edilib.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: Dünən, 14:39