Bakı Metropoliteni: "Gedişhaqqı tariflərini tənzimləmə səlahiyyətimiz yoxdur"
"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
Reportyor.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb.
Bəzi KİV-lərdə metroda gediş haqqının 0,55 AZN olacağı iddia edilirdi.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 14:09