Kanadanın yeni lideri Trampın cavabını verdi – “Bu, heç vaxt olmayacaq. Nöqtə!”
Kanada Mühafizəkarlar Partiyasının - ölkə müxalifətinin lideri Pierre Poilievre ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın iddialarına sərt cavab verib.
Xatırladaq ki, Tramp bir neçə dəfə Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib, hətta bu iddianı göstərən xəritəni də sosial şəbəkədə paylaşıb.
Müxalifət lideri Trampa cavabında deyib: “Kanada heç vaxt 51-ci ştat olmayacaq. Nöqtə! Biz böyük və müstəqil ölkəyik. Biz ABŞ-nin ən yaxşı dostlarıyıq. Biz amerikalılara 11 sentyabr Əl-Qaidə hücumlarının qisasını almağa kömək etmək üçün milyardlarla dollar və yüzlərlə həyat sərf etmişik. Biz ABŞ-ni bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə milyardlarla dollar yüksək keyfiyyətli, tamamilə etibarlı enerji ilə təmin edirik. Biz yüz milyardlarla dollar dəyərində Amerika malları alırıq. Bizim zəif və pafoslu Liberal NDP hökumətimiz bu açıq bəyanatları verə bilmədi. Kanada üçün döyüşəcəm.
Mən baş nazir olanda həm Kanadanı, həm də ABŞ-ı təhlükəsiz saxlamaq üçün ordumuzu yenidən quracağıq və sərhədə nəzarəti təmin edəcəyik. Rusiya və Çini kənarda saxlamaq üçün Arktikamıza nəzarəti geri alacağıq. Əmək haqqını və istehsalı ölkəmizə qaytarmaq üçün vergiləri azaldacağıq, bürokratiyanı kəsəcəyik və böyük resurs layihələrini yaşıl işıqlandıracağıq. Başqa sözlə, biz Kanadanı birinci yerə qoyacağıq”.
Xatırladaq ki. Kanadanın Baş naziri Castin Trüdo Trampın iddiaları qarşısında gözlənilmədən istefa verəcəyini açıqlayıb. O, bu addımın səbəbini partiyasına və özünə qarşı ictimai etimadın azalması ilə izah edib. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: Dünən, 12:55