mobil versiya

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Qali rayonunun Saberio kəndində baş vermiş faciəli yanğınla əlaqədar bu ölkənin Baş naziri İrakli Kobaxidzeyə başsağlığı verib.

Reportyor.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.


KARUSEL / SİYASƏT
Tarix: Dünən, 16:27