mobil versiya

Qaz tranziti problemi həll olunmasa, Slovakiya Ukraynaya qarşı tədbirlər görəcək




Slovakiyanın baş naziri Robert Fiko Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensen ilə danışıqlardan sonra bildirib ki, əgər ölkə ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlı problem həll olunmasa, Slovakiya Ukraynaya qarşı sərt qarşılıqlı tədbirlər görəcək.

Reportyor.az xəbər verir ki, Fiko Kiyevi Ukrayna ərazisindən qaz nəql etmək üçün Rusiya ilə qaz tranziti müqaviləsini uzatmamaqla Slovakiyaya ziyan vurmaqda ittiham edib və Ukraynaya təcili elektrik enerjisi tədarükünü kəsməklə və ya qaçqınlara yardımı azaltmaqla qisas alacağı ilə hədələyib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:55