Abşeron rayonunda Hindistan vətəndaşının ölməsi ilə bağlı araşdırma aparılır
Bir şəxsin ölməsi, digər şəxsin isə xəsarətlər alması faktı ilə bağlı araşdırma aparılır.
Reportyor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir.
Xəbərdə deyilir ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:49