Böyük Britaniya və ABŞ səfirliyi Şəhidlər Xiyabanını ziyarət edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Reportyor.az xəbər verir ki, bu barədə səfir özünün "X" səhifəsində paylaşım edib: "Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram",.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara da 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk".
KARUSEL / GÜNDƏM
Tarix: Bu gün, 10:46