Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları ilə təyyarə qəzasına dair birgə araşdırmalar aparılır
Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bütün aidiyyəti dövlət qurumları AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı səfərbər olunublar, öhdəliklərinə düşən vəzifələri yerinə yetirirlər.
Reportyor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, prokurorluq olaraq ölkə rəhbərliyinin başçılığı ilə cinayət işi başlanıb.
Həm Qazaxıstan, həm də Rusiyanın aidiyyəti qurumları ilə - hüquq-mühafizə orqanları, prokurorluq xidmətləri ilə bununla bağlı birgə araşdırmalar aparılır. Bu faktla bağlı üç ölkədə - Rusiya, Qazaxıstan və Azərbaycanda cinayət işi başlanmışdır..
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:41