mobil versiya

Ağır və az ağır cinayətlər azalıb, oğurluq cinayətləri artıb


2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.
Bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
"2023-cü ildə ölkə ərazisində 36.811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında isintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib", - o qeyd edib.
Baş prokuror deyib ki, 2023-cü ildə cinayətkarlığın dinamikasında cüzi artım müşahidə olunub. Ən çox rast gəlinən cinayət oğurluqdur. Ötən il 6951 oğurluq hadisəsi baş verib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-01-2024, 10:37