mobil versiya

Səudiyyə Ərəbistanı və İtaliya 10 milyard dollarlıq əməkdaşlıq və sənaye müqavilələri bağlayıb







Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman AlUlada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb.

Reportyor.az "Saudi Press Agency"ə istinadla xəbər verir ki, vəliahd Şahzadə və İtaliyanın Baş naziri ikitərəfli əlaqələri nəzərdən keçirib, müxtəlif sahələrdə onları dəstəkləmək və gücləndirmək yollarını araşdırıb, qarşılıqlı maraq doğuran regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Meloni İtaliyanın iki ölkə arasında gücləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanı ilə təxminən 10 milyard dollar dəyərində əməkdaşlıq və sənaye müqavilələri imzaladığını bildirib.

"Əməkdaşlığımızda böyük potensial var və arzum budur ki, bu səfər tərəfdaşlığımızda tamamilə yeni mərhələ aça bilər. Bu gün imzaladığımız birgə bəyannamə bunu nəzərdə tutur. O, bəyan edir ki, iki xalqımız öz üfüqlərini genişləndirə və bir çox yeni imkanları birlikdə kəşf edə bilər” - Meloni bildirib. 

Meloni İtaliya və Səudiyyə Ərəbistanının hökumət səviyyəsində bir çox sazişlər imzaladığını, eyni zamanda səfər zamanı dövlət və özəl qurumlar tərəfindən imzalanmış memorandumları dəstəklədiyini söyləyib.

O, infrastruktur, enerji, müdafiə, idman, əyləncə və turizmi iki ölkə arasında əməkdaşlığın daha güclü, daha təsirli və daha dərin ola biləcəyi sahələr kimi göstərib.

Görüş zamanı Meloni və vəliəhd Ukraynada ədalətli və davamlı sülh, Qəzzada atəşkəsin möhkəmləndirilməsi, Suriyada yenidənqurma səylərinin dəstəklənməsi və Livana kömək kimi məsələləri müzakirə edib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 09:08