Futzal millisinin Avropa çempionatının oyunlarına hazırlıq üçün heyəti açıqlanıb
Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin rəsmi oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə Futzal Federasiyasından bildiriblər.
Yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.
Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
Millinin heyəti: Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Cavad Məmmədov (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov (hamısı “Neftçi”), Seymur Məmmədov (klubsuz).
KARUSEL / İDMAN
Tarix: 27-01-2025, 10:57