mobil versiya

Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib




Fevralın 2-dən etibarən Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi qüvvəyə minib.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov sosial şəbəkədə bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş xarici işlər naziri Ceyhun Bayramov və Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara tərəfindən 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanıb.


KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:42