Azərbaycanla Ruanda arasında diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu” və “Azərbaycan Respublikası hökuməti və Ruanda Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş” imzalanıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Vensan Biruta ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrlik dövründə ölkəmizin Afrika regionun bir sıra ölkələri, o cümlədən Ruanda ilə əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb.
Bu xüsusda, bir-birindən coğrafi baxımdan uzaqda yerləşmələrinə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişafının mümkün olduğu bildirilib və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verə biləcəyinə dair inam ifadə olunub.
Nazir Vensan Biruta Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsini məmnunluqla xatırlayaraq, xüsusilə COVID-19 pandemiyası dövründə Hərəkata üzv dövlətlər, o cümlədən Afrika regionu ölkələrini əhatə edən mühüm təşəbbüslərin əhəmiyyətini qeyd edib.
KARUSEL / SİYASƏT

Tarix: 21-09-2023, 22:18