Yaponiya Qəzza əhalisini tibbi yardım üçün qəbul etməyi düşünür
Yaponiyanın Baş naziri Siqeru İsiba bildirib ki, onun hökuməti Qəzza zolağının sakinlərinə Yaponiyada tibbi yardım təklif etməyi düşünür.
Reportyor.az xəbər verir ki, İsiba bunu parlament iclasında deyib: "Biz Qəzzada xəstələnən və ya yaralanan insanları Yaponiyada qəbul etmək yollarını tapmaq üçün səylər göstəririk".
Yaponiya xəbər agentliyinin (Kyodo) məlumatına görə, baş nazir Nümayəndələr Palatasının Büdcə Komitəsinə də bildirib ki, Tokio universitetlərin Qəzzadan olan tələbələrə Yaponiyada təhsil imkanları təklif edə biləcəyi xüsusi proqrama başlamağa çalışacaq.
Keçən ay İşiba, Malayziya hökumətinin Yaponiya hökuməti ilə xəstəxanaların tikintisinə yönəlmiş bir fond yaratmaq planını açıqlayan Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüş zamanı Yaponiyanın Fələstinin inkişafına kömək edəcəyinə söz verdi.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:06