mobil versiya

Ohayo ştatında kosmetika anbarında baş verən atışmada 5 nəfər yaralanıb




Ötən gecə ABŞ-ın Ohayo ştatında kosmetika anbarında baş verən atışmada 5 nəfər yaralanıb.

Reportyor.az xəbər verir ki, bu barədə New Albani şəhərinin sözçüsü Coş Polşa bildirib.

Əlavə edib ki, qurbanlar xəstəxanaya çatdırılıb və şübhəlinin artıq binada olmadığına inanılır.

Atışma kosmetika və tualet əşyaları da daxil olmaqla məhsullar istehsal edən şirkətin anbarında baş verib. Polis dərhal atışma ilə bağlı təfərrüatlar və yaralıların vəziyyəti barədə məlumat verməyib.

Polisin verdiyi açıqlamada, gecə saat 23 radələrində baş verən atışmadan sonra polis bütün əməkdaşları təxliyə etmək üçün çalışırdı.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:16