mobil versiya

Azərbaycan nefti bir az ucuzlaşıb



İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə bu gün 1,62 ABŞ dolları və ya 2,06% azalaraq 76,80 dollar/barel təşkil edib.

Reportyor.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 2,12% ucuzlaşaraq 75,59 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,02 dollar və ya 3,22% azalaraq 60,55 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,54 dollar və ya 2,01% azalaraq 74,83 dollar/barel təşkil edib.
Fevralın 5-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:31