mobil versiya

Azərbaycan nefti ucuzlaşıb



Noyabrın 21-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 3,19 dollar ucuzlaşaraq, 85,73 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,11 dollar ucuzlaşaraq 84,02 dollar təşkil edib.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,74 dollar ucuzlaşaraq, 67,43 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti noyabrın 21-də 1,13 dollar ucuzlaşaraq 82,20 dollar olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-11-2023, 10:08