mobil versiya

Bu günədək sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsal olunub




2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib.
"Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb", - deyə S. Adıgözəlov vurğulayıb.(trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:17