QMİ: Kvotanın yarıdan çoxu dolub

Kvota dolana qədər Həcc ziyarəti üçün sənəd qəbulu davam edəcək.
Reportyor.az xəbər verir ki, bunu APA-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri açıqlamasında deyib.
O bildirib ki, kvotanın dəqiq sayı dəqiq təyin edilməyib: "Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub. Ona görə vətəndaşlardan xahiş edirik ki, gecikməsinlər. Artıq kvotanın, təxminən, yarıdan çoxu dolub”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2025, 13:37