Səfir: " Bolqarıstan Xəzər dənizi regionundan Avropaya yaşıl enerjinin ötürülməsinə maraq göstərib və əməkdaşlığa çalışır"

"Bolqarıstan üçün Azərbaycan əsas strateji tərəfdaşdır və 1992-ci ildə diplomatik əlaqələr qurulmasından bəri ölkələrimiz yaxın dostluq əlaqələrindən, yüksək səviyyəli dioloqdan və ortaq maraq dairəsinin bütün sferalarında inkişaf edən ikitərəfli əməkdaşlıqdan faydalanıb".
Reportyor.az xəbər verir ki, bunu Bolqarıstanın Milli Bayramı 3 mart və Bolqarıstanın Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən rəsmi qəbulda səfir Rouslan Stoyanov deyib.
Ölkəsinin tarixindən söz açan R.Stoyanov, 3 mart 1878-ci ilin bütün bolqarların xəyallarının gerçəkləşdiyi bir tarix olduğunu deyib: 147 il əvvəl həmin bu tarixi gündə Bolqarıstan yenidən Avropa xəritəsində görünüb. Bu kontekstdə Bolqarıstanın ən hörmətli milli qəhrəmanlarından birinin - Vasil Levskinin dediyi sözləri yada salım: "İnsanlara öz Vətənini azad görməkdən başqa daha nə lazımdır". O, bunu görəcək qədər yaşamadı, lakin onun və bir çox digər bolqar qəhrəmanlarının şücaəti Bolqarıstanın azadlığına və Üçüncü Bolqarıstan dövlətinin bərpasına yol açdı. Beləliklə, 13 əsrdən çox müddət ərzində Bolqarıstan daha yaxşı gələcək üçün öz adını və kimliyini, azad ruhunu və inancını qoruyub saxlaya bilib".

Azərbaycanla əlaqələrə toxunan səfri deyib ki, düz 10 il əvvəl - 4 mart 2015-ci ildə prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq hər iki ölkə münasibətlərini strateji əməkdaşlıq ruhunda inkişaf etdirir. 2024-cü ildə bu əlaqələr may ayında Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlığını Gücləndirilməsinə dair Birgə Bəyannamə ilə daha da genişlənib: "Bizim ən fəal əməkdaşlıq etdiyimiz sahə enerjidir. Enerji sahəsində əlaqələrimiz qarşılıqlı strateji əhəmiyyətə malikdir. Ölkələrimiz arasında uzunmüddətli sazişə əsasən, Azərbaycan illik qaz istehlakımızın demək olar ki, yarısını təmin edir və biz enerji sahəsində əlaqələrimizin daha da möhkəmlənməsinə çalışırıq. Bolqarıstan da Xəzər dənizi
regionundan Avropaya yaşıl enerjinin ötürülməsinə maraq göstərib və əməkdaşlığa çalışır".

Ötən ilin noyabrın 13-də Bolqarıstan Prezidenti COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində (WCAS) iştirak etmək üçün etdiyi işgüzar səfəri zamanı Prezident İlham Əliyevlə il ərzində ikinci görüşü baş tutub. Bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Bolqarıstanın xarici işlər naziri Georg Gerogiyev ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş baş tutub. Görüşdə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın iqtisadi, ticarət və enerji təhlükəsizliyi aspektləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Və təxminən 10 gündən sonra cənab Georgiyev XII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək.
Cəmi bir il ərzində iki ölkə arasında siyasi dialoqun bu dinamikası hər iki tərəfin ikitərəfli münasibətləri öz xarici siyasətinin prioritetləri siyahısında saxlamaq üçün mövcud ümumi istəyinin sübutdur. Bolqarıstan və Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafı ilə humanitar, təhsil və elmi əlaqələr də inkişaf edir. Belə əməkdaşlığın ən yaxşı nümunələrindən biri Bakı Slavyan Universitetində 20 ildən çox əvvəl açılmış Bolqar Dili və Mədəniyyəti Mərkəzi və Kliment Ohridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzidir.

etdirilməsinə yüksək səviyyədə sadiqdir.
Səfir sonda əlavə edib ki, martın 1-dən başlayaraq onlar Bolqarıstanın ən sevimli adət- ənənələrindən birini - simvolu MARTENITSA olan BABA Marta ayını (sizin qəbul etdiyiniz) və bu gün Novruz Bayramının ikinci çərşənbə axşamını qeyd edirik - hər ikisi də qarşıdan gələn yaz mövsümünü qeyd edir: "Sizə isti yaz günləri arzu edirəm, qoy bu bayramlar sizə sağlamlıq, xoşbəxtlik və müsbət emosiyalar bəxş etsin. Честит празник, скъпи сънародници"!

Azərbaycan hökuməti adından Bolqar xalqını bayram münasibətilə təbrik edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev deyib ki, Azərbaycan və Bolqarıstan ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirir.
O, Bakı ilə Sofiya arasında diplomatik əlaqələrin 33 il əvvəl qurulduğunu xatırladaraq ötən dövr ərzində əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edib: “2015-ci ildə ölkələr münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıran bəyannamə imzalayıb. 2024-cü ildə isə bu tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı bəyannamə imzaladıq ki, bu da əlaqələri yeni səviyyəyə çıxarıb və onun gələcək inkişafıni təmin edib”.
F.Rzayev vurğulayıb ki, ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirilir. Azərbaycan qazı Bolqarıstanın daxili tələbatının 50 %-dən çoxunu ödəyir, ölkənin özü isə qazın Avropaya nəqli üçün mühüm tranzit mərkəzinə çevrilib. Bu rəqəmlər bizim strateji tərəfdaşlığın bariz nümunəsidir. Energetika ilə yanaşı, humanitar əməkdaşlıq da qarşılıqlı fəaliyyətin mühüm sahəsi olaraq qalır. Mədəniyyət, elm və təhsil sahələrində fəal mübadilə, o cümlədən şəhərlər arasında əlaqələrin inkişafı xalqlarımızın yaxınlaşmasına və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 20:19