mobil versiya

Bəşir Səfəroğlunun anadan olmasının 100 ili tamam olur



Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 100 ili tamam olur.

Reportyor.az xəbər verir ki, sənətkar ilk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Bəşir Səfəroğlu 1969-cu ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-03-2025, 10:23