mobil versiya

Tonqal səbəbindən xəsarət alanların sayı məlum olub - 6 uşaq



Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.03.2025-ci il tarixində saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Reportyor.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb",- deyə məlumatda qeyd edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-03-2025, 10:33