"OBA" marketdəki partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb

27.02.2025-ci il tarixində saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən "OBA" marketdə partlayış baş verib.
KARUSEL / HADİSƏ
Tarix: Dünən, 12:02