Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün məlum olacaq

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq.
Reportyor.az xəbər verir, əvvəlcə meydana "Neftçi" və NTD komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Saat 19:00-da isə "Naxçıvan" və "Gəncə" üz-üzə gələcək.
Hər iki görüş Bakı İdman Sarayında reallaşacaq.
Qeyd edək ki, final oyunu martın 30-da təşkil olunacaq.
KARUSEL / İDMAN
Tarix: 28-03-2025, 10:27